Dünya

İstanbuldan Kuşadasına gedən avtobus aşdı: 30-dan çox adam yaralanıb - VİDEO

22 Jul 2026, 09:48 3 baxış
İstanbuldan Kuşadasına gedən avtobus aşdı: 30-dan çox adam yaralanıb - VİDEO
Türkiyədə İstanbuldan Egey dənizi sahilindəki Kuşadası şəhərinə gedən sərnişin avtobusunun qəzaya uğraması nəticəsində azı 31 nəfər xəsarət alıb. Oxu.Az xəbər verir ki, bu barədə "TRT Haber" məlumat yayıb.

Bildirilib ki, hadisə iyulun 22-si səhər saatlarında Türkiyənin mərkəzi hissəsindəki Kütahya-Afyonkarahisar avtomobil yolunda qeydə alınıb. İlkin ehtimallara görə, sürücünün idarəetməni itirməsi səbəbindən nəqliyyat vasitəsi yol kənarındakı maneəyə çırpılıb, daha sonra aşıb. Qəza yerinə dərhal təcili tibbi yardım briqadaları cəlb edilib, yaralılar xəstəxanalara yerləşdiriliblər. Hazırda qəzanın başvermə səbəbləri araşdırılır. Xəsarət alanlar arasında əcnəbi vətəndaşların olub-olmadığı barədə hələlik dəqiq məlumat yoxdur.
Mənbə oxu.az

Oxşar Xəbərlər