Dünya
İran ABŞ-nin Küveytdəki bazalarına hücum edib - VİDEO
İran Küveytdə yerləşən ABŞ hərbi düşərgəsinə pilotsuz uçuş aparatları (PUA) vasitəsilə zərbələr endirib. Oxu.Az xəbər verir ki, bu barədə "Tasnim" agentliyi SEPAH-ın bəyanatına əsasən məlumat yayıb.
Bildirilib ki, bir neçə saat əvvəl həyata keçirilən "İldırım" əməliyyatının 21-ci mərhələsi çərçivəsində ABŞ ordusunun Küveytin qərbindəki Doha qarnizonunda yerləşən sursat anbarlarına və quru qoşunlarının komandanlıq mərkəzinin logistika avadanlıqlarına kütləvi zərbələr endirilib. Qeyd olunub ki, Doha ABŞ-nin Küveytin qərbindəki ən vacib və əsas hərbi bazalarından biridir. Bura sözügedən bölgədə yerləşən Amerika hərbçilərinin dəstək mərkəzi hesab olunur və orada ABŞ quru qoşunlarının, habelə hərbi dəniz və hərbi hava qüvvələrinin çoxlu sayda texnikası və şəxsi heyəti yerləşir.

Mənbə
oxu.az
Oxşar Xəbərlər