Dünya
Texasda yüngülmühərrikli təyyarə yaşayış evinin damına çırpıldı - VİDEO
ABŞ-nin Texas ştatında "Piper J-3 Cub" markalı yüngülmühərrikli təyyarə yaşayış evinin damına sərt eniş edib. Hadisə iyulun 20-də, bazar ertəsi səhər saatlarında Fort-Bend dairəsinin Fulşir ərazisində qeydə alınıb. Oxu.Az xəbər verir ki, bu barədə "USA Today" nəşri məlumat yayıb.
Rəsmi qurumların məlumatına görə, ikiyerlik hava gəmisi yaxınlıqdakı uçuş-eniş zolağına qonmağa cəhd edib. Təyyarədə sadəcə pilot olub. O, yüngül xəsarətlərlə xəstəxanaya yerləşdirilib. İlkin məlumatlara əsasən, evdə olanlar arasında zərərçəkən yoxdur. Yayımlanan fotolarda damın üzərində dayanaraq bir qanadı ilə yerə söykənən sarı rəngli təyyarə əks olunub. Federal Mülki Aviasiya İdarəsi tərəfindən hadisə ilə bağlı araşdırmalara başlanılıb.

Mənbə
oxu.az