Dünya
Avropa İttifaqı "Alibaba" şirkətini 550 milyon avro məbləğində cərimələdi
Avropa İttifaqı (Aİ) Çinin "Alibaba" şirkətini rekord məbləğdə - 550 milyon avro cərimələyib Avropa Komissiyası (AK) "Alibaba"nı (AliExpress) qanunsuz və təhlükəli malların satışına görə 550 milyon avro (1 milyard 70 milyon 80 min manat) məbləğində cərimələyib. Oxu.Az xəbər verir ki, bu barədə "Politico" nəşri mənbələrə istinadən məlumat dərc edib. Məlumatda bildirilir: "Platformada uzun müddət ərzində çox sayda saxta əşyalar, təhlükəli oyuncaqlar və zərərli kosmetik vasitələr satılıb. Sözügedən məhsullar standartları pozduğu aşkar edildikdən sonra belə saytda təklif və təbliğ olunmaqda davam etdirilib..." Qeyd edək ki, bu, Avropa İttifaqında Rəqəmsal Xidmətlər Qanunu əsasında verilmiş ən yüksək məbləğli cərimə hesab olunur. Bildirilir ki, "Alibaba" korporasiyasına tabe olan "AliExpress" qanunsuz kontent və malların yayılması risklərini azaltmalıdır. Çin şirkəti hələlik tətbiq edilən iri cəriməyə heç bir reaksiya verməyib.
Mənbə
oxu.az
Oxşar Xəbərlər