Dünya

Bəqai: "ABŞ Xarq adasına hücum etsə, İran layiqli cavab verəcək"

20 Jul 2026, 17:24 2 baxış
Bəqai: "ABŞ Xarq adasına hücum etsə, İran layiqli cavab verəcək"
"ABŞ hərbçiləri Xarq adasını ələ keçirməyə cəhd göstərəcəyi təqdirdə İranın silahlı qüvvələri onlara layiqli cavab verməyə hazırlaşır". Oxu.Az xəbər verir ki, bunu İslam Respublikasının Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqai bildirib. "Onlar bunun nəticələrini görəcəklər. Hesab edirəm ki, həmin regionda Birləşmiş Ştatların hərbçilərini "salamlamaq" üçün fürsət gözləyən kifayət qədər qüvvə var", - deyə Bəqai jurnalistlər üçün keçirilən brifinqdə deyib. O, həmçinin ABŞ-nin İran ərazisinə hər hansı bir formada müdaxiləsinin qarşısının sərt şəkildə alınacağı barədə xəbərdarlıq edib.
Mənbə oxu.az

Oxşar Xəbərlər