Digər
Kəşfiyyatımız onların zəkası qədər məhdud deyil - Qalibaf
Amerikalılar bölgəyə davamlı olaraq yeni hərbi texnika gətirirlər, eyni zamanda müharibəni dayandırmaq istədiklərini iddia edirlər. Onlar zənn edirlər ki, bizim kəşfiyyatımız da onların zəka səviyyəsi qədər məhduddur.
Axar.az xəbər verir ki, bunu İran parlamentinin sədri Məhəmməd Bağır Qalibaf özünün X səhifəsində yazıb.
“Biz ABŞ-ın bu cür oyunlarını tanımaqda yüksək səviyyəyə çatmışıq və buna əsaslanaraq hazırlıqlarımızı görmüşük. İddiaları təsdiqləyən hərəkətlər olmalıdır, onlara zidd olan yox”, - o qeyd edib.
Mənbə
axar.az