Digər
Əfqanıstanda daşqınlar: 20 nəfər öldü
Əfqanıstanın şimal-şərqində baş verən daşqınlar nəticəsində azı 20 nəfər ölüb.
Axar.az xəbər verir ki, bu barədə hökumətin məlumatında bildirilir.
Son məlumatlara görə, daha 80 nəfər yaralanıb, 100-dən çox insan itkin düşmüş hesab olunur. Ölənlərin sayının artacağı istisna edilmir.
Təbii Fəlakətlərin Nəticələrinin Aradan Qaldırılması üzrə Milli İdarənin məlumatına görə, əhaliyə və infrastruktura ən böyük ziyan Nuristan vilayətinin paytaxtı Parunda qeydə alınıb. Əfqanıstan-Pakistan sərhədindəki ucqar əyalətdə axtarış-xilasetmə əməliyyatı təşkil edilib.
Mənbə
axar.az