Digər
Səudiyyədən husilərə: Qətiyyətlə cavab veriləcək!
Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi koalisiya Yəmənin Ənsarullah (husi) hərəkatının Bab əl-Məndəb boğazında gəmiçiliyə yönəlmiş təhdidlərinə qətiyyətlə cavab veriləcəyini açıqlayıb.
Axar.az xəbər verir ki, koalisiyanın sözçüsü briqada generalı Turki əl-Maliki Bab əl-Məndəb boğazından keçən ticarət gəmilərinin təhlükəsizliyinin təmin edilməsi üçün tədbirlərə başlanıldığını bildirib.
Onun sözlərinə görə, husilərin təhdidləri beynəlxalq hüququn pozulması və dəniz piratçılığı kimi qiymətləndirilir.
Xatırladaq ki, husilər Səudiyyə Ərəbistanına qarşı dəniz blokadası elan ediblər.
Mənbə
axar.az