Digər

Fransada 35 min hektar ərazi yandı

16 Jul 2026, 22:17 2 baxış
Fransada 35 min hektar ərazi yandı

Fransada təbii yanğınlar təxminən 35 min hektar ərazini əhatə edib.


Axar.az xəbər verir ki, bu barədə “Le Figaro” qəzeti məlumat yayıb.


Məlumatda bildirilir ki, bu göstərici ötənilki bütün yanğın mövsümünün nəticələrini üstələyir. Belə ki, ötən il yanğın ümumilikdə təxminən 30 min hektar ərazini əhatə etmişdi.


Mülki müdafiə xidmətinin rəhbəri Jülyen Marion deyib ki, bu il təxminən 11 min yanğın qeydə alınıb. Son üç həftə ərzində ölkə üzrə yanğınsöndürənlər eyni vaxtda 250-300 yanğını söndürürlər.


Hakimiyyət orqanlarının məlumatına görə, hazırda ölkənin təxminən 50 departamentində meşə yanğınlarının baş verməsi riski mövcuddur.


Xatırladaq ki, iyulun 13-də yanğının əhatə etdiyi ərazinin min hektara çatdığı bildirilmişdi. Həmin vaxt hadisə səbəbindən "Cənub-Şərq" yüksəksürətli dəmir yolu xəttinin bir hissəsində qatarların hərəkəti yenidən dayandırılmışdı. Nəticədə bəzi istiqamətlərdə qatarların hərəkətində üç saat yarımdan çox gecikmələr qeydə alınmışdı.

Mənbə axar.az

Oxşar Xəbərlər