Digər

2026-cı ilin ən güclü orduları: Ermənistan gerilədi

16 Jul 2026, 16:12 3 baxış
2026-cı ilin ən güclü orduları: Ermənistan gerilədi

2026-cı il üçün dünyanın ən güclü ordularının siyahısı tərtib edilib.


Axar.az xəbər verir ki, siyahı “Global Fire Power” saytı tərəfindən tərtib edilib.


Siyahıya 145 ölkə daxil edilib. 145 ölkənin hərbi potensialı şəxsi heyət, müdafiə büdcəsi, quru, hava və dəniz qüvvələri, texnoloji imkanlar və digər 60-dan çox meyar əsasında qiymətləndirilib.


Siyahıda Azərbaycan 60-cı sırada yer alır. Gürcüstan 95, Ermənistan isə 101-ci yerdə qərarlaşıb. Qardaş ölkə Türkiyə 9-cu olub.


İlk üçlüyü ABŞ, Rusiya və Çin bölüşüb.


Qeyd edək ki, Ermənistan 2025-ci ildə siyahıda 91-ci yerdə idi.

Mənbə axar.az

Oxşar Xəbərlər