Cəmiyyət
Kəlbəcərdə çayda batan yeniyetmənin meyiti tapıldı
Levçay çayının Kəlbəcər rayonu, Çəpli kəndindən keçən hissəsində batan yeniyetmənin meyiti tapılıb. Bu barədə Oxu.Az-a Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib. Bildirilib ki, iyulun 12-si Levçay çayının Kəlbəcər rayonu, Çəpli kəndindən keçən hissəsində batan 2015-ci il təvəllüdlü Yaqub Zabil oğlu Abutalıbovun meyiti FHN-in xilasediciləri tərəfindən tapılaraq aidiyyəti üzrə təhvil verilib. Xatırladaq ki, yeniyetmə su götürmək istəyərkən çaya düşüb.
Mənbə
oxu.az