Digər

Çarukyanın binası bələdiyyəyə verildi

16 Jul 2026, 16:36 2 baxış
Çarukyanın binası bələdiyyəyə verildi

Çiçəklənən Ermənistan Partiyasının rəhbəri Qagik Çarukyana məxsus “Multi Wellness” binası İrəvan bələdiyyəsinin balansına verilib.


Axar.az xəbər verir ki, bunu İrəvanın meri Tiqran Avinyan deyib.


“Bina bələdiyyə torpağında inşa edilib və tikinti zamanı qanun pozulub. Tərəflərdən biri olan İrəvan bələdiyyəsi müqaviləni ləğv edib və nəticədə bina tamamilə bələdiyyənin balansına keçib. Orada təhsil alanların hüquqları qorunmalıdır. Müəyyən sosial məqamlar nəzərə alınaraq, o, fəaliyyətini tədris mərkəzi kimi davam etdirəcək”, - o bildirib.


Qeyd edək ki, Qagik çarukyan hazırda həbsdədir. O, dələduzluq və cinayət yolu ilə əldə edilmiş vəsaitlərin leqallaşdırılması (çirkli pulların yuyulması) maddələri üzrə ittiham edilir.

Mənbə axar.az

Oxşar Xəbərlər