Digər
Netanyahu ABŞ-a səfərini təxirə saldı
İsrailin Baş naziri Benyamin Netanyahu ABŞ-a planlaşdırılan səfərini təxirə salıb.
Axar.az xəbər verir ki, bu barədə “Yerusəlim Post” məlumat yayıb.
Məlumata görə, gecikmənin səbəbi mərhum ABŞ senatoru Lindsi Qrehemin dəfn mərasiminin ayın sonuna təxirə salınmasıdır.
Qeyd edək ki, Netanyahu şənbə günü gecə Qrehemin dəfn mərasimində iştirak etmək və ABŞ Prezidenti Donald Trampla görüşmək üçün Vaşinqtona uçmalı idi.
Mənbə
axar.az