Digər
Ukraynaya “dəniz zəmanəti”ni Türkiyə verəcək - Fidan
Türkiyə Ukraynaya veriləcək təhlükəsizlik zəmanətlərinin dəniz komponentinə rəhbərlik etməyə razılıq verib.
Axar.az xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan Kiyevdə ukraynalı həmkarı Andrey Sibiqa ilə keçirdiyi birgə mətbuat konfransında deyib.
Onun sözlərinə görə, hazırda müzakirə olunan mümkün sülh sazişinin əsas elementlərindən biri Ukrayna üçün təhlükəsizlik zəmanətləridir:
”Bu zəmanətlər quru, dəniz və hava komponentlərini əhatə edir. Türkiyə isə dəniz komponentinə rəhbərlik etməyə razılıq verib. Məsələ ilə bağlı müttəfiqlərlə qarşılıqlı anlaşma mövcuddur və müttəfiq hərbi-dəniz qüvvələri ilə planlı iş aparılır”.
Mənbə
axar.az