Digər

Prezident evini satdı: Artıq evim yoxdur!

15 Jul 2026, 21:56 2 baxış
Prezident evini satdı: Artıq evim yoxdur!

Cənubi Koreya Prezidenti Li Çye Myon yeganə mənzilini satdığını və artıq şəxsi evinin olmadığını açıqlayıb.


Axar.az xəbər verir ki, bu barədə “Yonhap” agentliyi məlumat yayıb.


Məlumata görə, prezident Seul yaxınlığındakı Sonnam şəhərində yerləşən yeganə mənzilini fevral ayında daşınmaz əmlak bazarının sabitləşdirilməsi siyasətinə ictimai etimadı artırmaq məqsədilə satışa çıxarıb.


Myon hökumətin mənzilini özü istifadə etməyən mülkiyyətçiləri evlərini satmağa təşviq etdiyini xatırladaraq, Nazirlər Kabinetinin iclasında "artıq evim yoxdur” deyib.


Qeyd edək ki, hazırda Li Çye Myon həyat yoldaşı ilə birlikdə Seulda rəsmi prezident iqamətgahında yaşayır.

Mənbə axar.az

Oxşar Xəbərlər