İqtisadiyyat

Azərbaycan neftinin ən iri idxalçıları - Siyahı

15 Jul 2026, 22:32 1 baxış
Azərbaycan neftinin ən iri idxalçıları - Siyahı

Cari ilin yanvar–iyun aylarında Azərbaycan neftinin ən böyük idxalçıları açıqlanıb.


Axar.az xəbər verir ki, Azərbaycan Dövlət Gömrük Komitəsinin məlumatları əsasında aparılan hesablamalara görə, 2026-cı ilin yanvar–iyun aylarında Azərbaycan neftinin ən böyük üç idxalçısı sırasında birinci yeri İtaliya (3,495 milyard ABŞ dolları dəyərində 5,915 milyon ton) tutur. Sonrakı yerlərdə Çexiya (497,4 milyon ABŞ dolları dəyərində 705,8 min ton) və Bolqarıstan (253,1 milyon ABŞ dollarından çox dəyərində 358,8 min ton) qərarlaşıb.


Cədvəldə 2026-cı ilin yanvar–iyun aylarında Azərbaycandan ixrac edilən xam neft və neft məhsullarının 10 ən böyük idxalçısı göstərilib.


































































Ölkə



İdxal həcmi



İdxal dəyəri (ABŞ dolları ilə)



İtaliya



5 915 025.73



3 495 238 670



Çexiya



705 791.25



497 377 570



Bolqarıstan



358 842.99



253 113 500



Rumıniya



461 317.25



247 844 980



Hindistan



320 497.27



247 366 970



Portuqaliya



395 031.62



221 958 010



Almaniya



360 299.00



210 855 820



Tunis



307 167.03



187 605 080



Yunanıstan



284 374.74



182 764 510



Xorvatiya



276 342.95



162 720 430



Digər



740 777.35



524 576 700



Dövlət Gömrük Komitəsinin məlumatına görə, hesabat dövründə Azərbaycandan dünya ölkələrinə 6,231 milyard ABŞ dolları dəyərində bitumlu süxurlardan əldə edilən 10,125 milyon ton xam neft və neft məhsulları ixrac olunub.


Qurumun məlumatına əsasən, bu göstərici 2025-ci ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində 178 milyon ABŞ dolları və ya 2,8 faiz, həcm ifadəsində isə 1,921 milyon ton və ya 15,9 faiz azalıb.

Mənbə axar.az

Oxşar Xəbərlər