Cəmiyyət

Samuxda KÜTLƏVİ ZƏHƏRLƏNMƏ: Yeddisi azyaşlı olmaqla 10 nəfər xəstəxanalıq oldu

15 Jul 2026, 17:48 1 baxış
Samuxda KÜTLƏVİ ZƏHƏRLƏNMƏ: Yeddisi azyaşlı olmaqla 10 nəfər xəstəxanalıq oldu
Samuxda zəhərlənən şəxslərin vəziyyəti açıqlanıb. Bu barədə Oxu.Az-ın sorğusuna cavab olaraq Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) məlumat verilib. Bildirilib ki, iyulun 15-i saat 15:30-dan etibarən yeddisi azyaşlı olmaqla 10 nəfər (4 kişi, 6 qadın) zəhərlənmə şübhəsi ilə Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdindəki Abbas Səhhət adına xəstəxananın Yoluxucu xəstəliklər şöbəsinə hospitalizasiya olunub: "Pasiyentlərin hər birinə zəruri tibbi xidmətlər göstərilib, hazırda müalicələri davam etdirilir və vəziyyətləri orta ağır qiymətləndirilir". Aygün Mirakif Samuxda kütləvi zəhərlənmə hadisəsi baş verib. Oxu.Az APA-ya istinadla xəbər verir ki, hadisə rayonun Alıuşağı kəndində qeydə alınıb. 15-dən artıq şəxsin qidadan zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirildiyi bildirilir.
Mənbə oxu.az

Oxşar Xəbərlər