Digər
Rusiya tezliklə sülh sazişi bağlamağa hazırdır - Tramp
Rusiya Ukraynadakı münaqişənin həlli üçün tezliklə sülh sazişi bağlamağa hazırdır.
Axar.az xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp “Foks Nyus”a müsahibəsində deyib.
“İnanıram ki, prezidentlik müddətim bitənə qədər Ukraynadakı münaqişə bitəcək. Düşünürdüm ki, asan həll yolu olacaq, çünki hər iki liderlə yola gedirəm”, - o bildirib.
Qeyd edək ki, Trampın prezidentlik müddəti 2029-cu ildə bitəcək.
Mənbə
axar.az