Cəmiyyət

Zaqatalada itkin kimi axtarılan şəxsin meyiti tapıldı

15 Jul 2026, 11:57 11 baxış
Zaqatalada itkin kimi axtarılan şəxsin meyiti tapıldı

Zaqatalada itkin düşən 62 yaşlı kişinin meyti çaydan tapılıb.


Axar.az APA-ya istinadla xəbər verir ki, Zaqatala rayonunun Dağlı kənd sakini 1964-cü il təvəllüdlü Xanlar Məmmədovun meyiti Talaçay ərazisində aşkar edilib.


Meyitin üzərində zorakılıq əlamətləri olmayıb.


Faktla bağlı Zaqatala rayon prokurorluğunda araşdırma aparılır.


Qeyd edək ki, meyiti tapılan şəxs bir neçə gündür itkin düşmüşdü.

Mənbə axar.az

Oxşar Xəbərlər