Cəmiyyət

Ər-arvadın qəzada ölməsi faktı ilə bağlı cinayət işi başladı

15 Jul 2026, 10:06 3 baxış
Ər-arvadın qəzada ölməsi faktı ilə bağlı cinayət işi başladı

Ağdərədə ər-arvadın yol qəzasında ölməsi faktı ilə bağlı cinayət işi başlanılıb.


Axar.az Report-a istinadla xəbər verir ki, Nazim Yunis oğlu Əsgərovun idarə etdiyi "Toyota Hillux" markalı avtomobilin Ağdərə rayonu Zəylik kəndi ərazisində dərəyə aşması nəticəsində sonuncu və avtomobildə olan arvadı Könül Əsgərovanın hadisə yerində ölüb, qızı Mələk İsmayılova və 2026-cı il təvəllüdlü nəvəsi Uğur İsmayılzadənin müxtəlif dərəcəli bədən xəsarətləri alıb.


Faktla bağlı cinayət işi başlanılaraq ibtidai istintaq aparılır.

Mənbə axar.az

Oxşar Xəbərlər