Digər

Trampdan Netanyahuya: İsrail qoşunları oradan çıxmalıdır!

15 Jul 2026, 01:27 3 baxış
Trampdan Netanyahuya: İsrail qoşunları oradan çıxmalıdır!

ABŞ Prezidenti Donald Tramp İsrailin Baş naziri Benyamin Netanyahuya İsrail qoşunlarının Livan və Suriyadan çıxarılmasının vacibliyini bildirib.


Axar.az xəbər verir ki, bu barədə “Axios” ABŞ və İsraildən olan adları açıqlanmayan rəsmilərə istinadla məlumat yayıb.


Məlumata görə, Tramp bu mövqeyini iyulun 9-da Benyamin Netanyahu ilə telefon danışığı zamanı çatdırıb.


Amerikalı rəsmilərdən birinin sözlərinə görə, Tramp Netanyahunu xəbərdar edib ki, İsrail qoşunlarının Suriyadakı mövcudluğu bölgədə gərginliyi artırır və vəziyyətin eskalasiyasına səbəb ola bilər.

Mənbə axar.az

Oxşar Xəbərlər