Digər
Ukraynada hərbi vəziyyət yenidən uzadıldı
13:28
Ukrayna Ali Radası ölkədə hərbi vəziyyətin və ümumi səfərbərliyin müddətini uzadıb.
Axar.az xəbər verir ki, bu barədə RBK məlumat yayıb.
Məlumata görə, Prezident Vladimir Zelenskinin təqdim etdiyi qanun layihələrinə əsasən, hərbi vəziyyət və səfərbərlik 2 avqustdan 31 oktyabradək, yəni daha 90 gün qüvvədə olacaq.
Bildirilib ki, qanun layihəsini 313 deputat, ümumi səfərbərliyin uzadılmasını isə 311 deputat dəstəkləyib.
Qeyd edək ki, bu, 2022-ci il fevralın 24-də tətbiq olunan hərbi vəziyyətin 20-ci dəfə uzadılmasıdır.
Mənbə
axar.az