Digər

ABŞ Tehranda elə stansiyaları vurub ki... - İrandan etiraf

14 Jul 2026, 16:45 3 baxış
ABŞ Tehranda elə stansiyaları vurub ki... - İrandan etiraf

Əgər bilsəydiniz iki gün qabaq ölkənin hansı elektrik stansiyaları vurulub, Tehranda əvvəlcədən elan olunmamış elektrik kəsintiləri barədə sual verməzdiniz.


Axar.az xəbər verir ki, bu sözləri Tehran Şəhər Şurasının sədri Mehdi Çəmran jurnalistlərin suallarının cavabında deyib.


O, hansı elektrik stansiyalarının hədəf alındığı barədə sullara cavab verməyib.


Qeyd edək ki, bir neçə gün əvvəl ABŞ-ın İrana yeni hücumlarının başlamasından sonra bir neçə şəhərdə, o cümlədən Tehranda elektrik enerjisinin verilişində kəsintilər yaranıb.

Mənbə axar.az

Oxşar Xəbərlər