Digər

Moldova rus səfiri XİN-ə çağırdı

14 Jul 2026, 15:28 1 baxış
Moldova rus səfiri XİN-ə çağırdı

Moldovanın Xarici İşlər Nazirliyi Rusiyanın bu ölkədəki səfiri Oleq Ozerovu nazirliyə çağırıb.


Axar.az xəbər verir ki, bu barədə “Pro” telekanalı məlumat yayıb.


“Səfirə Moldova tərəfindən milli suverenliyin ciddi şəkildə pozulması və vətəndaşların təhlükəsizliyi üçün yaradılan risklərlə əlaqədar etiraz notası təqdim edilib”, - məlumatda deyilib.


Qeyd edək ki, Moldovanın Kauşan rayonunun ərazisinə PUA düşüb. Kişinyov PUA-nın Rusiyaya məxsus olduğunu bildirib.

Mənbə axar.az

Oxşar Xəbərlər