Digər
Almaniya XİN də Rusiya səfirini çağırdı
Almaniya Xarici İşlər Nazirliyi Rusiya səfirini çağıraraq Rusiyanın Avropa ölkələrinə qarşı kiberhücum kampaniyasını pisləyib.
Axar.az xəbər verir ki, bu barədə Almaniya XİN özünün X səhifəsində məlumat yayıb.
Məlumata görə, Berlinin məsələ ilə bağlı mövqeyi rusiyalı diplomata açıq şəkildə çatdırılıb. Nazirlik Almaniyaya, AB-yə və blokun tərəfdaşlarına, xüsusən də Ukraynaya qarşı kiberhücumların qəbuledilməz olduğunu vurğulayıb.
Qeyd edək ki, üzv dövlətlərə qarşı genişmiqyaslı kiber kampaniyaya cavab olaraq, AB doqquz şəxsə və dörd təşkilata sanksiyalar tətbiq edib.
Xatırladaq ki, bundan öncə Fransa da Rusiyanın ölkədəki səfirini Xarici İşlər Nazirliyinə çağırmaq qərarına gəlib.
Mənbə
axar.az