Cəmiyyət

Vətəndaşın aldığı çörəyin içərisindən çıxan yad cisim nədir? - VİDEO

13 Jul 2026, 16:42 2 baxış
Vətəndaşın aldığı çörəyin içərisindən çıxan yad cisim nədir? - VİDEO
Vətəndaş marketdən aldığı çörəyin içərisindən yad cisim çıxdığını iddia edib. Bu barədə Oxu.Az-ın qaynar xəttinə məlumat daxil olub. Vətəndaşın göndərdiyi videoda çörəyin içərisində iri ölçülü yad cisim görünür.

Sözügedən məhsul "Çörəkçi" zavodunun istehsalıdır. Məsələ ilə bağlı Oxu.Az-ın sorğusuna cavab olaraq "Çörəkçi" zavodundan bildirilib ki, təqdim olunan görüntü və ilkin texnoloji araşdırma əsasında müəyyən edilib ki, ağ çörəyin daxilində görünən tünd rəngli hissə yad cisim deyil, istehsal etdiyimiz çovdar unu və fermentləşdirilmiş çovdar səmənisi tərkibli qara çörək xəmirinə aid kiçik hissədir: "Müxtəlif çörək növlərinin ardıcıl kütləvi istehsalı zamanı avadanlıqda qalan qara xəmir hissəsinin ağ xəmirə keçməsi nəticəsində baş verib. Məsələ ilə bağlı istehsal prosesində ağ xəmirdən qara xəmirə və ya qara xəmirdən ağ xəmirə keçid zamanı avadanlıqların təmizlənmə prosesi və məhsul keçidləri üzrə nəzarət prosedurlarımızı gücləndiririk, yenidən gözdən keçiririk. Bu hal yad maddə ilə çirklənmə kimi qiymətləndirilməməlidir, lakin qəbul edirik ki, məhsulun xarici görünüşü və keyfiyyəti standartlarımıza uyğun deyil. Yaranmış narahatlığa görə üzr istəyirik. Oxşar halların təkrarlanmaması üçün qabaqlayıcı nəzarət tədbirlərimiz gücləndirilib".
Mənbə oxu.az

Oxşar Xəbərlər