Digər

AB Ermənistanda “hibrid təhdidlər”ə qarşı...

13 Jul 2026, 14:42 3 baxış
AB Ermənistanda “hibrid təhdidlər”ə qarşı...

Brüsseldə keçiriləcək görüşdə AB xarici işlər nazirləri Ermənistanda hibrid təhdidlərə qarşı mübarizə missiyasının yaradılmasını təsdiqləyəcəklər.


Axar.az xəbər verir ki, bunu AB-nin xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Kaya Kallas birlik ölkələrinin xarici işlər nazirlərinin görüşünə gələrkən deyib.


“Nazirlər Ermənistanın orada üzləşdiyi hibrid təhdidlərlə mübarizə aparması üçün yeni tərəfdaşlıq missiyası yaratmaq barədə razılığa gələcəklər”, - o bildirib.


Qeyd edək ki, Brüsselin bəyanatlarında hibrid təhdidlərlə mübarizə Rusiyanın təsirinə qarşı çıxmağı nəzərdə tutur. Oxşar AB missiyaları Ukrayna və Moldovada fəaliyyət göstərir.

Mənbə axar.az

Oxşar Xəbərlər