Cəmiyyət
Xaçmazda elektrik dirəyindən yıxılan kişi ölüb
Xaçmaz rayonunda elektrik dirəyindən yıxılan kişi həyatını itirib. Oxu.Az "Report"a istinadən xəbər verir ki, hadisə rayonun Qoçaqlı kəndində qeydə alınıb. Belə ki, 1962-ci il təvəllüdlü Əbilfərz Balakişiyev elektrik dirəyində naqil quraşdırarkən hündürlükdən yıxılıb və aldığı xəsarətlər nəticəsində hadisə yerində keçinib. Əbilfərz Balakişiyevin dəqiq ölüm səbəbi məhkəmə-tibbi ekspertiza tərəfindən müəyyən ediləcək. Faktla bağlı araşdırma aparılır.
Mənbə
oxu.az