Cəmiyyət
Ağdaşda "Mercedes" yanıb kül oldu
Ağdaş rayonunda minik avtomobili yanaraq yararsız hala düşüb. Oxu.Az "Qafqazinfo"ya istinadən xəbər verir ki, hadisə rayonun Qaradeyin kəndi ərazisində qeydə alınıb. Belə ki, 1984-cü il təvəllüdlü Hüseyn Bəkir oğlu Həsənovun idarə etdiyi "Mercedes-Benz" markalı minik avtomobilində yanğın baş verib. Hadisə yerinə dərhal yanğınsöndürənlər cəlb olunublar. Yanğın nəticəsində avtomobilin yanar konstruksiyaları tamamilə yanıb. Hadisə zamanı xəsarət alan olmayıb.
Mənbə
oxu.az