Cəmiyyət
Sabah çimərliklərdə hava necə olacaq?
Abşeron çimərliklərində iyulun 13-də müşahidə olunacaq hava şəraiti məlum olub. Oxu.Az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, sabah mülayim şimal-qərb küləyi əsəcək. Çimərliklərdə dəniz suyunun temperaturu aşağıdakı kimi olacaq: - Şimal çimərlikləri (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zuğulba): 24-25° isti; - Cənub çimərlikləri (Türkan, Hövsan, Sahil, Şıxov): 25-26° isti.
Mənbə
oxu.az