Cəmiyyət

Radik İsmayılov: "Televiziya klassik xəbərin altı sualından dördünü sosial mediaya uduzur" - VİDEO

12 Jul 2026, 01:28 2 baxış
Radik İsmayılov: "Televiziya klassik xəbərin altı sualından dördünü sosial mediaya uduzur" - VİDEO
"Televiziyaların bu günündən tam razıyam desəm, bir az təvazökarlıqdan uzaq olar. Amma sevindirici faktlar var ki, artıq reytinqlərdə milli kanallar rusdilli kanalları üstələyir". Oxu.Az xəbər verir ki, bunu REAL TV-nin "Media Masası" verilişində qonaq olan ARB24 kanalının icraçı direktoru Radik İsmayılov deyib. O bildirib ki, artıq türkdilli kanallarla rəqabət səviyyəsi yaxşılaşıb: "Əvvəllər, "mən Azərbaycan kanallarına baxmıram" ifadəsini çox eşidirdik. Bu hallar hazırda xeyli azalıb. Düzdür, sosial mediada belə fikirləri yazanlar var, lakin televiziyalarda ümumi inkişaf var və bunu da danmaq haqsızlıq olar".

Radik İsmayılovun sözlərinə görə, televiziyalarımızda müxtəlif tematik kanallar var və günbəgün inkişaf edir: "Lakin düşünürəm ki, bu sual həmişə aktual olacaq: "Yeni media ilə ayaqlaşa bilirikmi? Mənim fikrimcə, artıq biz klassik xəbərin altı sualından dördünü - "nə?" "kim?" "harada?" "nə vaxt?" - uduzuruq. Amma bizi ayaqda saxlayan "niyə?" və necə? suallarıdır. Biz bu sualların cavablarını daha uğurlu şəkildə təqdim etməklə çağdaş media bazarında öz yerimizi qoruyuruq".
Mənbə oxu.az

Oxşar Xəbərlər