Cəmiyyət

Zakir Həsənov Ərdoğanla eyni tədbirdə - Foto

11 Jul 2026, 10:35 26 baxış
Zakir Həsənov Ərdoğanla eyni tədbirdə - Foto

Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov Türkiyə Respublikasında işgüzar səfərdədir.


Axar.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.


Səfər çərçivəsində müdafiə naziri Türkiyə Respublikasının Milli Müdafiə Universitetinin Müştərək Hərb İnstitutunda "Müştərək qərargahın idarəedilməsi", həmçinin Quru Qoşunları, Hərbi Hava Qüvvələri və Hərbi Dəniz Qüvvələri institutlarında keçirilən "Qərargahın idarəedilməsi" kurslarının buraxılış mərasimində iştirak edib.


Tədbirdə çıxış edən Türkiyə Respublikasının Prezidenti cənab Rəcəb Tayyib Ərdoğan məzunları təbrik edib, gələcək xidmətlərində uğurlar arzulayıb.


General-polkovnik Zakir Həsənov kursları müvəffəqiyyətlə bitirən azərbaycanlı məzunlara diplomları təqdim edib.


Rəmzi yaş kötüyünə emblemlər vurulduqdan sonra məzunlara sertifikatlar təqdim edilib.


Sonda xatirə fotosu çəkdirilib.

Mənbə axar.az

Oxşar Xəbərlər