Cəmiyyət

Abbas Abbasov: " BTQ müstəmləkəçilik və neomüstəmləkəçilik siyasətlərinin aradan qaldırılmasına öz töhfəsini verib"

11 Jul 2026, 09:34 25 baxış
Abbas Abbasov: " BTQ müstəmləkəçilik və neomüstəmləkəçilik siyasətlərinin aradan qaldırılmasına öz töhfəsini verib"
"Media dekolonizasiya prosesinin nəticələrinin ictimaiyyətə çatdırılmasında, həmçinin ictimai rəyin formalaşdırılmasında mühüm rol oynayır". Oxu.Az xəbər verir ki, bu fikirləri Bakı Təşəbbüs Qrupunun (BTQ) icraçı direktoru Abbas Abbasov "Media və dekolonizasiya: Yüksələn səslər, güclənən narrativlər" mövzusunda beynəlxalq konfransda deyib. O bildirib ki, BTQ müstəmləkəçilik və neomüstəmləkəçilik siyasətlərinin aradan qaldırılmasına öz töhfəsini verib: "Burada medianın rolu danılmazıdır. İctimaiyyətin məlumatlandırılması və dekolonizasiya məsələsinin beynəlxalq gündəmdə saxlanılmasında jurnalistlərin fədakarlığını yüksək qiymətləndiririk".
Mənbə oxu.az

Oxşar Xəbərlər