Cəmiyyət

Azərbaycan bu ölkələrə pambıq tədarükünü kəskin artırdı

10 Jul 2026, 18:52 35 baxış
Azərbaycan bu ölkələrə pambıq tədarükünü kəskin artırdı

Bu ilin yanvar-aprel aylarında Azərbaycan 92,96 milyon ABŞ dolları dəyərində 67 min 346 ton pambıq mahlıcı ixrac edib.


Axar.az Report-a istinadən xəbər verir ki, Dövlət Statistika Komitəsinin məlumatları əsasında aparılan hesablamalara əsasən, bu, 2025-ci ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 51 %, kəmiyyət olaraq – 64 % çoxdur.


Hesabat dövründə Azərbaycan Türkiyəyə 89,76 milyon ABŞ dolları dəyərində (1 il əvvəlki göstərici ilə müqayisədə 56 % çox) 64 min 855 ton (+67 %), İrana 3 milyon ABŞ dolları dəyərində (+2,2 dəfə) 2 min 364 ton (+2,6 dəfə) və Rusiyaya 174 milyon ABŞ dolları dəyərində (+5 dəfə) 126 ton (+6 dəfə) məhsul satıb.


2025-ci ildə Azərbaycandan ixrac edilmiş 109 min 295 ton pambıq mahlıcının 95,4 %-i Türkiyənin payına düşüb.

Mənbə axar.az

Oxşar Xəbərlər