Dünya
Fransada ikinci dəfə qırmızı səviyyəli isti hava təhlükəsi elan edildi
Fransanın İl-de-Frans bölgəsi, o cümlədən Parisdə ekstremal (həddindən artıq) istilər səbəbindən yenidən ən yüksək - qırmızı səviyyəli hava təhlükəsi elan edilib. Oxu.Az-ın xəbərinə görə, bu barədə "Le Monde" qəzeti məlumat verib. "Demək olar ki, bütün Fransa narıncı rejimdədir. Maksimal göstəricilərin yüksəlməsi gözlənilir", - deyə məlumatda bildirilib. Fransanın paytaxt bölgəsində, xüsusən də belə qısa bir fasilə ilə - təxminən üç həftə ərzində heç vaxt ildə iki dəfə qırmızı təhlükə səviyyəsi elan edilməyib. Sinoptiklərin proqnozlarına görə, yaxın həftəsonunda Parisdə havanın temperaturu +35 dərəcəni keçə bilər. Ümumilikdə iyulun 11-də maksimal səviyyəli hava təhlükəsi rejimi ölkənin təxminən 21.9 milyon insanın yaşadığı 24 departamentində qüvvədə olacaq. Fransa meteorologiya xidmətinin məlumatına görə, şimalda Yeni Akvitaniyadan tutmuş, Luara vadisinin mərkəzi hissəsinə qədər ayrı-ayrı ərazilərdə temperatur 41 dərəcə Selsiyə qədər yüksələ bilər. Xatırladaq ki, daha əvvəl iyulun əvvəlində Fransanın Milli Meteorologiya Xidməti paytaxt Parisdə və ölkənin 15 mərkəzi departamentində maksimum - qırmızı səviyyəli hava təhlükəsi elan etmişdi.
Mənbə
oxu.az