Digər
Qətər nümayəndə heyəti Tehrandadır
Qətər nümayəndə heyəti İrandadır. Onlar Tehranla Vaşinqton arasında gərginliyi azaltmaq üçün İran rəsmiləri ilə görüş keçirirlər.
Axar.az xəbər verir ki, bu barədə “Röyters” mənbəyə istinadla məlumat yayıb.
“Məsləhətləşmələr ABŞ-la əlaqələndirilərək aparılır. Onların əsas məqsədi daha geniş dialoqun davam etdirilməsi üçün şərait yaratmaq və ABŞ-İran atəşkəs memorandumunun həyata keçirilməsini müzakirə etməkdir.
Bundan əlavə, tərəflər son gərginliyə səbəb olan məsələləri, o cümlədən Hörmüz boğazında naviqasiya azadlığının təmin edilməsi ilə bağlı fikir ayrılıqlarını həll etmək niyyətindədirlər”, - məlumatda qeyd olunub.
Mənbə
axar.az