Digər

Dünyanın ən böyük tank parkına malik 10 ölkəsi açıqlandı

10 Jul 2026, 17:24 21 baxış
Dünyanın ən böyük tank parkına malik 10 ölkəsi açıqlandı

"Global Firepower" təşkilatı 2026-cı il üzrə dünyanın ən böyük tank parkına malik ölkələrinin reytinqini açıqlayıb.


Axar.az Qaynarinfo-a istinadla xəbər verir ki, siyahıda ölkələrin silahlı qüvvələrinin inventarında olan tankların sayı əsasında ilk 10-luq müəyyənləşdirilib.


Reytinqə görə, dünyanın ən böyük tank parkına malik ölkəsi 5 870 tankla Çindir. İkinci yerdə 5 630 tankla Rusiya, üçüncü yerdə isə 4 895 tankla Şimali Koreya qərarlaşıb.


İlk onluğun tam siyahısı belədir:


1. Çin – 5 870 tank


2. Rusiya – 5 630 tank


3. Şimali Koreya – 4 895 tank


4. ABŞ – 4 666 tank


5. Hindistan – 3 913 tank


6. Misir – 3 620 tank


7. Pakistan – 2 677 tank


8. İran – 2 675 tank


9. Türkiyə – 2 284 tank


10. Vyetnam – 1 999 tank


Qeyd edək ki, bu reytinq tankların sayına əsaslanır və onların texnoloji səviyyəsi, döyüş hazırlığı, modernləşdirilməsi və ya ümumi hərbi imkanları kimi digər göstəriciləri ayrıca qiymətləndirmir.

Mənbə axar.az

Oxşar Xəbərlər