Digər

Mirzə Mirimli vəfat etdi - Foto

10 Jul 2026, 16:05 30 baxış
Mirzə Mirimli vəfat etdi - Foto

Azərbaycan ədəbiyyatına ağır itki üz verib.


Kult.az Modern.az-a istinadən xəbər verir ki, tanınmış şair, publisist, Azərbaycan Yazıçılar Birliyinin üzvü Mirzə Mirimli vəfat edib. Mərhum qaraciyər xəstəliyindən əziyyət çəkirdi.


M.Mirimli 1954-cü ildə Cəbrayıl rayonunun Qovşudlu kəndində doğulub. Gəncə Dövlət Pedaqoji Universitetinin tarix fakültəsini bitirib.


Qarabağın işğalından sonra məcburu köçkünlük həyatı yaşayan şair, məskunlaşdığı Biləsuvar ərazisindəki 2 saylı qəsəbədə yerləşən Cəbrayıl rayonu 8 saylı tam orta məkrəbdə təlim-tərbiyə işləri üzrə direktor müavini vəzifəsində çalışıb, tarix fənnindən dərs deyib.


“24 günün hünəri”, “Bu sevdanın sonu yoxmuş”, “Köçkün taleli məktəb” və bir sıra başqa kitabların müəllifi idi.

Mənbə axar.az

Oxşar Xəbərlər