Digər

Türkiyənin S-400-ü satmasına Kremldən reaksiya

10 Jul 2026, 15:47 22 baxış
Türkiyənin S-400-ü satmasına Kremldən reaksiya

Burada bir şey deyə bilərəm ki, bu, çox həssas məsələdir.


Axar.az xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Türkiyənin S-400-ləri satması haqda yayılan məlumata münasibət bildirərkən deyib.


“Bu məsələ ilə bağlı Türkiyə tərəfi ilə təmaslarımız olub və əlaqələrimiz davam edəcək”, - deyə Peskov əlavə edib.


Qeyd edək ki, “Hürriyət” qəzetinin köşə yazarı Abdulqadir Səlvi Türkiyənin S-400-ləri üçüncü ölkəyə satdığını qeyd etmişdi. Səlvi yazıb ki, bu ölkənin Birləşmiş Ərəb Əmirlikləri və ya Qətər ola biləcəyi iddia edilir.

Mənbə axar.az

Oxşar Xəbərlər