Kriminal
Kəlbəcərdə otlaq sahədə mina partladı
Kəlbəcər rayonunda mina hadisəsi baş verib. Oxu.Az-ın məlumatına görə, hadisə otlaq sahədə baş verib. Ərazidə ard-arda iki mina partlayışının olduğu bildirilir. Hadisə nəticəsində bir neçə heyvan tələf olub, sakinlərdən xəsarət alan yoxdur. Azərbaycan Minatəmizləmə Agentliyindən (ANAMA) Oxu.Az-ın sorğusuna cavab olaraq faktı təsdiqləyiblər.
Mənbə
oxu.az