Digər
Bu türk ölkələrinin sərhədində zəlzələ oldu
Qırğızıstan və Qazaxıstan sərhədində 4,3 maqnitudalı zəlzələ qeydə alınıb.
Axar.az xəbər verir ki, bu barədə Qırğızıstan Milli Elmlər Akademiyasının Seysmologiya İnstitutu məlumat yayıb.
Məlumata görə, zəlzələnin ocağı Talas Ala-Too silsiləsi ərazisində, Qırğızıstan-Qazaxıstan sərhədində, Qırğızıstanın Kok-Say kəndindən 30 kilometr cənub-qərbdə, Qazaxıstanın Taraz şəhərindən isə 75 kilometr məsafədə yerləşib.
Dağıntı və tələfatla bağlı məlumat yoxdur.
Mənbə
axar.az