Digər

İsrail Hizbullahın silah anbarlarını məhv etdi

10 Jul 2026, 12:43 23 baxış
İsrail Hizbullahın silah anbarlarını məhv etdi

İsrail Müdafiə Qüvvələri (ÇAXAL) Livanın cənubunda Hizbullaha məxsus silah anbarlarını məhv edib.


Axar.az xəbər verir ki, bu barədə İsrail ordusunun mətbuat xidməti məlumat yayıb.


Məlumata görə, təhlükəsizlik zonasında keçirilən əməliyyat zamanı buraxılış qurğuları, pulemyotlar, partlayıcı qurğular və raketlərin saxlanıldığı bir neçə silah anbarı aşkarlanıb.


Bildirilib ki, sözügedən silahların İsrail hərbçilərinə qarşı istifadə olunması planlaşdırılırdı. Əməliyyat zamanı aşkar edilən bütün silah anbarları və onların içərisindəki sursatlar məhv edilib.

Mənbə axar.az

Oxşar Xəbərlər