Kriminal
İsmayıllıda "Toyota" ayını vurub öldürdü - VİDEO
İsmayıllı rayonunda avtomobil ayını vurub. Oxu.Az-ın məlumatına görə, hadisə ötən gecə Muğanlı-İsmayıllı yolunun İsmayıllı rayonunun Tircan kəndi ərazisindən keçən hissəsində baş verib. Yolda hərəkətdə olan "Toyota" markalı avtomobilin qarşısına ayı çıxıb. Sürücü idarəetməni itirərək ayını vurub öldürüb. Hadisə nəticəsində avtomobildə olan sürücü və sərnişinlərdən xəsarət alan olmayıb.
Mənbə
oxu.az