Dünya
Xameneinin dəfnindən sonra Məşhəddə atışma baş verib: Ölənlər var
İranın Məşhəd şəhərində keçmiş ali lider Əli Xameneinin dəfn mərasimindən sonra atışma baş verib, nəticədə iki nəfər həlak olub. Oxu.Az xəbər verir ki, bu barədə İranın "Sabereen News" "Telegram" kanalı Xorasan-Rəzəvi vilayətinin Təhlükəsizlik Xidmətinin direktor müavininə istinadən məlumat yayıb. Məlumata əsasən, atışma Məşhədin qərbində dəfn mərasiminin keçirildiyi İmam Rza məqbərəsindən 15 km-dən çox məsafədə baş verib. Hadisənin səbəbi və həlak olanların şəxsiyyəti hələlik məlum deyil.
Mənbə
oxu.az