İdman

“Qarabağ”ın potensial rəqiblərinin oyununda 5 qol

10 Jul 2026, 01:15 31 baxış
“Qarabağ”ın potensial rəqiblərinin oyununda 5 qol

UEFA Avropa Liqasının 1-ci təsnifat mərhələsində keçirilən SSKA (Sofiya, Bolqarıstan) - “Derri Siti” (İrlandiya) oyunu başa çatıb.


Axar.az Qol.az-a istinadən xəbər verir ki, Bolqarıstan təmsilçisi doğma meydanda İrlandiya klubunu 3-2 hesabı ilə məğlub edib.


SSKA-nın qollarını Pittas (20, 53) və Brunu Jordau (42) vurublar. Qonaqların heyətində isə Boys (31) və Olayinka (89) fərqləniblər. Cavab görüşü iyulun 16-da İrlandiyada keçiriləcək.


Qeyd edək ki, bu cütün qalibi Avropa Liqasının 2-ci təsnifat mərhələsində “Qarabağ” - “Vestri” cütünün qalibi ilə qarşılaşacaq.

Mənbə axar.az

Oxşar Xəbərlər