Digər

Ukrayna Saratovdakı NEZ-i də vurdu

10 Jul 2026, 01:26 34 baxış
Ukrayna Saratovdakı NEZ-i də vurdu

Ötən gün Rusiyanın Saratov neft emalı zavodu (NEZ) dron hücumu nəticəsində dəyən ziyandan sonra neft emalını dayandırıb.


Axar.az xəbər verir ki, bu barədə “Röyters” agentliyinin mənbələrə istinadən verdiyi məlumatda bildirilib.


Nəşr qeyd edir ki, dünən Saratov vilayətinin qubernatoru Roman Busargin bölgədə dron hücumu nəticəsində bir nəfərin öldüyünü və bir neçə nəfərin yaralandığını bildirib. Eyni zamanda, Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı Saratov Neft Emalı Zavoduna zərbə endirildiyini bildirib.

Mənbə axar.az

Oxşar Xəbərlər