İdman

Azərbaycanlı qadın güləşçi Avropa çempionatında gümüş medal qazandı

10 Jul 2026, 01:00 29 baxış
Azərbaycanlı qadın güləşçi Avropa çempionatında gümüş medal qazandı
Şimali Makedoniyanın paytaxtı Skopyedə güləş üzrə U20 Avropa çempionatı davam edir. Oxu.Az xəbər verir ki, bu barədə Azərbaycan Güləş Federasiyası məlumat yayıb. Qadın güləşçimiz Günay Qurbanova (59 kq) finalda isveçli Karin Samuelssona 2:10 hesabı ilə məğlub olaraq çempionatın gümüş medalını qazanıb. Digər güləşçimiz Ruzanna Məmmədova (62 kq) macarıstanlı Barbara Baqerə "tuş"la qalib gələrək finala yüksəlib. Zəhra Kərimzadə (72 kq) isə yarımfinalda litvalı Qreta Tverskiteyə 2:3 hesabı ilə məğlub olub və bürünc medal uğrunda güləşəcək.
Mənbə oxu.az

Oxşar Xəbərlər