Digər

Ukrayna "Freya" üçün hərəkətə keçir: Zelenski detalları açıqladı

10 Jul 2026, 00:41 30 baxış
Ukrayna "Freya" üçün hərəkətə keçir: Zelenski detalları açıqladı

Ukrayna digər Avropa ölkələri ilə əməkdaşlıq çərçivəsində “Patriot” hava hücumundan müdafiə sisteminə alternativ olaraq daha ucuz və daha geniş yayılmış “Freya” anti-ballistik raket sistemi üzərində işləyir.


Axar.az xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Vladimir Zelenski jurnalistlərin suallarını cavablandırarkən bildirib.


"Bu, Avropa modelidir. Bu sahədə ilk görüşümüz Fransada keçiriləcək. Bu, tezliklə baş tutacaq. Məqsədimiz liderləri toplamaq, şirkətləri bir araya gətirmək “Freya” adlı birgə Avropa anti-ballistik raket sisteminin istehsalı üçün müvafiq layihəni təqdim etməkdir”, - prezident söyləyib.


Zelenski qeyd edib ki, nəzəri olaraq, Ukrayna “Freya”nı özü yarada bilər, lakin bu, daha çox vaxt - illər tələb edəcək.

Mənbə axar.az

Oxşar Xəbərlər