İdman
Qurban Qurbanov Elvin Cəfərquliyev barədə danışdı: "Qayda-qanun var, hamımız əməl etməliyik"
"Elvin Cəfərquliyev başqa klublara transfer olsaydı, yox deməyəcəkdik". Oxu.Az xəbər verir ki, bunu UEFA Avropa Liqasının 1-ci təsnifat mərhələsində keçirilən "Qarabağ" - "Vestri" oyunundan sonra təmsilçimizin baş məşqçisi Qurban Qurbanov deyib. O bildirib ki, bu barədə geniş məlumat verməyə ehtiyac yoxdur: "Komandaya qayıtdı, bəzi görüşlər oldu. İstəmərik ki, hansısa futbolçumuz - azərbaycanlı və ya xarici - futboldan kənar qalsın. Amma qayda-qanun var, hamımız buna əməl etməliyik. Lazım olanda sərt reaksiyalar da verməliyik". Qeyd edək ki, UEFA Avropa Liqasının 1-ci təsnifat mərhələsində keçirilən "Qarabağ" - "Vestri" (İslandiya) oyunu təmsilçimizin 3:0 hesablı qələbəsi ilə başa çatıb. Xatırladaq ki, cavab qarşılaşması İslandiyanın paytaxtı Reykyavikdə yerləşən "Valbyarnarvöllur" stadionunda olacaq. Görüş Bakı vaxtı ilə iyulun 17-də, saat 00:00-da start götürəcək.
Mənbə
oxu.az