Dünya
Macarıstanın baş naziri Ərdoğanın hədiyyə etdiyi tapançanı göstərdi - FOTO
Ankarada keçirilən NATO sammiti yekunlaşdıqdan sonra Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan tədbirdə iştirak edən avropalı liderlərə üzərində adlarının həkk olunduğu tapançalar və döyüş patronları hədiyyə edib. Oxu.Az bildirir ki, bu barədə mənbələrə istinadən ilk olaraq "Politico" nəşri məlumat verib. *Ərdoğandan NATO liderlərinə maraqlı jest: Hədiyyələri zərərsizləşdirib Türkiyədən çıxaracaqlar - FOTO Daha sonra siyasətçilərin nümayəndələri hədiyyələrin alındığını təsdiqləyiblər, Macarıstanın Baş naziri Peter Madyar isə "X" sosial şəbəkə hesabında tapançanın fotosunu paylaşıb. "NATO sammitində Prezident Ərdoğandan qeyri-adi hədiyyə: patronlarla birlikdə üzərində adımın yazıldığı "Magnum" revolveri..." - deyə o qeyd edib.
Mənbə
oxu.az